ALOVPANEL

Qaydalar

Qaydalar və Şərtlər

Saytdan istifadə etməklə aşağıdakı qaydaları qəbul etmiş olursunuz.

  1. Minimum ödəniş 1 AZN-dir.
  2. Minimumdan az olan ödənişlər növbəti ödənişlə birlikdə balansa əlavə olunur.
  3. Balansa yüklənən vəsait geri qaytarılmır.
  4. Qiymətlər dəyişə bilər, buna görə sifarişdən əvvəl yoxlamaq tövsiyə olunur.
  5. Bəzi xidmətlərə zəmanət verilmir. Zəmanətsiz xidmətlərdə azalmalara görə məsuliyyət sifariş verənə aiddir.
  6. Uzun müddət başlamayan sifariş ləğv olunur və ödənilən məbləğ balansa qaytarılır.
  7. Başlanğıc sayından aşağı düşən sifarişlərə bərpa verilmir.
  8. Alış-satış edənlər öz sifarişlərinə görə özləri məsuliyyət daşıyır.
  9. İzləyici xidmətlərində aktivlik zəmanət altına alınmır. Məsuliyyət yalnız alınan miqdarın yüklənməsinə aiddir.
  10. Yanlış sifarişə görə ödənilən məbləğ geri qaytarılmır. Yanlış sifarişlərə müdaxilə edilmir.
  11. Eyni link üzrə ilk sifariş tamamlanmadan və ya ləğv edilmədən ikinci sifariş verilməməlidir. Əks halda itki ola bilər və geri ödəniş olunmur.
  12. Bonus balans yalnız yeni istifadəçilərə verilir (balans artırmamış, ikinci hesab açmamış və əvvəl sifarişi olmayanlar).
  13. Sifarişdən sonra başqa mənbədən eyni xidməti sifariş etmək və üçüncü tərəf sistemlərdən istifadə etmək qadağandır. Pozuntu halında sifariş “tamamlandı” sayılır və geri ödəniş olunmur.
  14. AlovPanel hesabının satışı qadağandır və aşkarlandıqda hesab dərhal bloklanır.
  15. Saxta çek göndərmək qadağandır və hesab müddətsiz bloklanır.
  16. 18+ məzmunlu, mərc (bet) və qeyri-qanuni səhifələrə, terrorizmi təşviq edən və qeyri-qanuni işlərə aid sifarişlər qadağandır. Aşkarlandıqda hesab xəbərdarlıq edilmədən bloklanır.
  17. Qaydaların pozulması pozuntunun dərəcəsindən asılı olaraq xəbərdarlıqla və ya xəbərdarlıqsız hesabın müddətsiz bloklanması ilə nəticələnir.
  18. Cari ödənişlər yalnız həmin günün sonuna qədər etibarlıdır. Çek və istifadəçi adı həmin gün ərzində göndərilməlidir.
  19. Qəbzin tarixi irəli və ya keçmiş tarixlidirsə, ödəniş keçərsiz sayılır.
  20. AlovPanel qaydaları istənilən vaxt dəyişdirə bilər.

Doğru sifariş şərtləri

  • Sifariş verilən profil, paylaşım, kanal və s. açıq olmalıdır. Gizli olduqda sifariş “tamamlandı” sayılır və balans yanır.
  • Eyni profilə və ya linkə eyni anda və ya ardıcıl iki sifariş verilmir. Əvvəlcə bir sifariş tamamlanmalı, sonra növbəti verilməlidir.
  • Bərpa funksiyası olan xidmətlərdə bərpa 24 saatda yalnız bir dəfə istənilə bilər.
  • Bərpası davam edən sifarişə yeni sifariş verilmir, əks halda bərpa gəlmir.
  • Qismən tamamlanmış sifarişlərdə göndərilməyən hissənin məbləği avtomatik hesablanır və dərhal balansa qaytarılır.

Gizlilik siyasəti

  • Daxil edilən məlumatlar yalnız sifarişlər barədə məlumatlandırma üçün istifadə olunur.
  • Məlumatlar üçüncü tərəflərlə paylaşılmır və parollar həmişə şifrələnmiş saxlanılır.
  • Qaydaların pozulması halında hesab xəbərdarlıq edilmədən silinə bilər.